Qaret Beyl “Real”ın “Ayaks”la ötən mövsümdəki oyunlarını xatırlayıb.
Uelsli futbolçu ÇL-in 1/8 finalında Amsterdam klubunun mükəmməl oynadığını etiraf edib: “Səfərdə “Ayaks”ı 2:1 hesabı ilə məğlub etdik. Etiraf edim ki, həmin görüşdə bəxtimiz gətirdi. Amma cavab matçında amsterdamlılar bütün komponentlərdə bizi üstələyə bildi. Bununla da “Ayaks” bütün futbol aləmini lərzəyə saldı”.
Yeri gəlmişkən, Qaret sabiq komandası “Tottenhem”in yarımfinalda “Ayaks”ı məğlub etməsini xatırladaraq London futbolçularının finala layiqincə çıxdığını da söyləyib. Onun fikrincə, həlledici oyunda “Liverpul”a məğlubiyyət bu komandanın azarkeşlərinə pis təsir etsə də, hər halda “mahmızlar”ın finala yüksəlməsi uğurlu nəticə sayılmalıdır.